xalq mahnılarının sözləri

خالق ماهنێ‌لارێنێن سؤزلري

Nərgizim

+0 Bəyən

Bölüm :

Niyə məndən küsmüsən, Nərgizim
Əlini məndən üzmüsən, Nərgizim
Tez gəl qəlbim dözməyir hicrana
Vəfalı ol, qəsd etmə bu cana

De hardasan, harda
Gözüm qaldı yolda, Nərgizim
Tez gəl qəlbim dözməyir hicrana
Vəfalı ol, qəsd etmə bu cana

Söz vermişdin gələrəm, gəlmədin
Saf eşqimi, duygumu bilmədin
Tez gəl qəlbim dözməyir hicrana
Vəfalı ol, qəsd etmə bu cana

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Gülə-gülə

+0 Bəyən

Bölüm :

Gülüşlərin cingildəsin saz kimi
Hər tərəfə yayılsın avaz kimi
Sən güləndə könül gülür yaz kimi
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Yasəmənlər açıb çiçəklənəndə
Bənövşələr küsüb boynun əyəndə
Şeh düşübən çəmənlər şehlənəndə
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Sən güləndə açır gül, yasəmənlər
Heyran olur avazın eşidənlər
Görən varmı, sənin kimi bəxtəvər
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Gəncədən fayton gəlir

+0 Bəyən

Bölüm :

Gəncədən fayton gəlir, fayton gəlir gəlir
Ay fayton gəlir
Atları yorğun gəlir, yorğun gəlir gəlir
Ay yorğun gəlir
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir

Bu gələn haralıdır, bu gələn haralıdır, bu gələn haralı
Gəncənin maralıdır, Gəncənin maralı, Gəncənin maralı
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Sudan gələn sürməli qız

+0 Bəyən

Bölüm :

Sudan gələn sürməli qiz
Çox incidir kuzə səni
Elə naz ilə gəlirsən
Gəlməyəsən gözə səni

Kuzəni əlindən allam
Qolumu boynuna sallam
Gəlsən səni özüm alam
Di, dur gəl, aman günüdür
Eşqimin yaman günüdür

Kuzənə ipək düzərəm
Eşqinlə çöllər gəzərəm
Sənsiz mən necə dözərəm
Ay bu gələn yarım ozüdür
Gözləri ceyran gözüdür

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Noleydi

+0 Bəyən

Bölüm :

Noleydi


Mən aşiq oyanınca
Mən yanım o yanınca
Kəsim yastiğın yanın
Yalvarım oyanınca

Noleydi, yarım, noleydi
Qapqara birçək olaydım
Hamıya çirkin olsamda
Yarıma göycək olaydım

Təbriz üstü Miyana
Gül sünbülə dayana
Oxu, bülbülüm, oxu
Bəlkə yarım oyana

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Ana Yarpaq(آنا یارپاق)

Arşiv(آرشیو)

İlgi(ایلگی)

Axtarış(آختاریش)

 

Bölümlər(بؤلۆم‌لر)

 

Yoldaşlar(یوْلداش‌لار)

Son yazılar(سون یازیلار)

Nərgizim

Gülə-gülə

Gəncədən fayton gəlir

Sudan gələn sürməli qız

Noleydi

Yalvara-yalvara

Üc gündən bir, beş gündən bir

Vəfasizsan sən yaman

Niyə bala

Irəvanda xal qalmadi…

Bəh-bəh

Arşiv(آرشيو)

ارديبهشت 1393

فروردين 1393

 

باغلانتی‌لار

سایغاج

ایندی بلاق دا :
بو گونون گؤروشو :
دونه نین گؤروشو :
بو آیین گؤروشو :
بوتون گؤروش لر :
یازی لار :
باخیش لار :
یئنیله مه چاغی :

اوْلاناقلار

RSS 2.0