xalq mahnılarının sözləri

خالق ماهنێ‌لارێنێن سؤزلري

Nərgizim

+0 Bəyən

Bölüm :

Niyə məndən küsmüsən, Nərgizim
Əlini məndən üzmüsən, Nərgizim
Tez gəl qəlbim dözməyir hicrana
Vəfalı ol, qəsd etmə bu cana

De hardasan, harda
Gözüm qaldı yolda, Nərgizim
Tez gəl qəlbim dözməyir hicrana
Vəfalı ol, qəsd etmə bu cana

Söz vermişdin gələrəm, gəlmədin
Saf eşqimi, duygumu bilmədin
Tez gəl qəlbim dözməyir hicrana
Vəfalı ol, qəsd etmə bu cana

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (1)

Gülə-gülə

+0 Bəyən

Bölüm :

Gülüşlərin cingildəsin saz kimi
Hər tərəfə yayılsın avaz kimi
Sən güləndə könül gülür yaz kimi
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Yasəmənlər açıb çiçəklənəndə
Bənövşələr küsüb boynun əyəndə
Şeh düşübən çəmənlər şehlənəndə
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Sən güləndə açır gül, yasəmənlər
Heyran olur avazın eşidənlər
Görən varmı, sənin kimi bəxtəvər
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al canım

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Gəncədən fayton gəlir

+0 Bəyən

Bölüm :

Gəncədən fayton gəlir, fayton gəlir gəlir
Ay fayton gəlir
Atları yorğun gəlir, yorğun gəlir gəlir
Ay yorğun gəlir
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir

Bu gələn haralıdır, bu gələn haralıdır, bu gələn haralı
Gəncənin maralıdır, Gəncənin maralı, Gəncənin maralı
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir
Sarı köynək, sarı cəpkən, badamı göz gəlir

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Sudan gələn sürməli qız

+0 Bəyən

Bölüm :

Sudan gələn sürməli qiz
Çox incidir kuzə səni
Elə naz ilə gəlirsən
Gəlməyəsən gözə səni

Kuzəni əlindən allam
Qolumu boynuna sallam
Gəlsən səni özüm alam
Di, dur gəl, aman günüdür
Eşqimin yaman günüdür

Kuzənə ipək düzərəm
Eşqinlə çöllər gəzərəm
Sənsiz mən necə dözərəm
Ay bu gələn yarım ozüdür
Gözləri ceyran gözüdür

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Noleydi

+0 Bəyən

Bölüm :

Noleydi


Mən aşiq oyanınca
Mən yanım o yanınca
Kəsim yastiğın yanın
Yalvarım oyanınca

Noleydi, yarım, noleydi
Qapqara birçək olaydım
Hamıya çirkin olsamda
Yarıma göycək olaydım

Təbriz üstü Miyana
Gül sünbülə dayana
Oxu, bülbülüm, oxu
Bəlkə yarım oyana

Yazar : HÜSEYN 1393/2/3 | Baxışlar (0)

Yalvara-yalvara

+0 Bəyən

Bölüm :

Yar yarın gərək qeydinə
Qala, yalvara-yalvara
Hərdən incimis könlünü
Ala, yalvara-yalvara

Yara yalvara-yalvara
Qaldım yalvara-yalvara

Az qalmışdı toyumuza
Yar saxladı yənə yaza
Mən də qaldım insafsıza
Yenə yalvara-yalvara

Yazar : HÜSEYN 1393/1/29 | Baxışlar (0)

Üc gündən bir, beş gündən bir

+0 Bəyən

Bölüm :

Könlüm istər görəm yarı
Üc gündən bir, beş gündən bir
Arzularam vəfadarı
Üc gündən bir, beş gündən bir

Gəl, gəl, ay gəl, gəl ay, gəl gözəl yarım
Səndədir, səndədir hər ixtiyarım
Vermərəm, vermərəm mən səni əldən
Mən necə əl çəkim, ey nigar səndən

Olmuşam aşiqi-dildar
Yanıma gəlməz o nigar
Gəlməsə ollam ahu-zar
Üc gündən bir, beş gündən bir

Yazar : HÜSEYN 1393/1/29 | Baxışlar (0)

Vəfasizsan sən yaman

+0 Bəyən

Bölüm :

Bir ses geldi qulagima yaxindan
Ele bildim, gelib cixdi gözəl yar

Dünən dedin gələcəyəm, gəlmədin
Qəlbimdəki döyüntünü bilmədin
Sevirəm mən səni, a canan, a ceyran
Mən nə bilim vəfasizsan, sən yaman
Bilməz idim vəfasızsan, sən yaman

Dəyirmandan bir az qalxaq yuxarı
Seyrə çixaq bizim qarlı dağları

Yazar : HÜSEYN 1393/1/29 | Baxışlar (0)

Niyə bala

+0 Bəyən

Bölüm :


Qonşumuzda bir qız vardır
Gözəllikdə ilk bahardır, anasından gizli mənə
Söz verib, aldatdı məni, məni niyə, bala

Yar yaman aldatdı məni, məni, bala
Söz verib aldatdı məni, məni, bala
Yar yaman aldatdı məni, məni, bala
Aldadıb, oynatdı məni, məni niyə, bala

Yayligımı aldım ondan
Ayrıliği sandım ondan
Dedim gələr, qaytararam
Gəlməyib aldatdı məni, məni niyə, bala

Yazar : HÜSEYN 1393/1/28 | Baxışlar (0)

Irəvanda xal qalmadi…

+0 Bəyən

Bölüm :

Irəvanda xal qalmadi
O xal nə xaldır, qoşa düzdürmüsən
De görüm, nə xaldır, qoşa düzdürmüsən
Daha məndə hal qalmadı
O xal nə xaldır, qoşa düzdürmüsən

Xal mənim, yar mənim, ixtiyar mənim
Xalxa nə borcdur, qoşa düzdürmüsəm
Yarım deyibdir, qoşa düzdürmüsəm

Irəvanda gəzən gözəl
O xal nə xaldır, qoşa düzdürmüsən
De görüm, nə xaldır, qoşa düzdürmüsən
Ürəyimi üzən gözəl
O xal nə xaldır, qoşa düzdürmüsən

Yazar : HÜSEYN 1393/1/28 | Baxışlar (0)

Ana Yarpaq(آنا یارپاق)

Arşiv(آرشیو)

İlgi(ایلگی)

Axtarış(آختاریش)

 

Bölümlər(بؤلۆم‌لر)

 

Yoldaşlar(یوْلداش‌لار)

Son yazılar(سون یازیلار)

Nərgizim

Gülə-gülə

Gəncədən fayton gəlir

Sudan gələn sürməli qız

Noleydi

Yalvara-yalvara

Üc gündən bir, beş gündən bir

Vəfasizsan sən yaman

Niyə bala

Irəvanda xal qalmadi…

Bəh-bəh

Arşiv(آرشيو)

ارديبهشت 1393

فروردين 1393

 

باغلانتی‌لار

سایغاج

ایندی بلاق دا :
بو گونون گؤروشو :
دونه نین گؤروشو :
بو آیین گؤروشو :
بوتون گؤروش لر :
یازی لار :
باخیش لار :
یئنیله مه چاغی :

اوْلاناقلار

RSS 2.0