Bəh-bəh
Gül açılanda yaz olur, bəh-bəh-bəh Kədərim, qəmim az olur, bəh-bəh-bəh Gözəldə işvə-naz olur, bəh-bəh-bəh Gəl-gəl, gözəl yar, sevirəm səni
Yarın bağında şirin olur üzüm Sənin ayrılığına necə dözüm Sənə qurban olsun bu iki gözüm Gəl-gəl, gözəl yar, sevirəm səni
Bülbül bağlarda səs salır cəh-cəh-cəh Güllərin ətrini alır, bəh-bəh-bəh Musiqi səsi ucalır, cəh-cəh-cəh Gəl-gəl, gözəl yar, sevirəm səni
Ardını oxu
|