Gülüşlərin cingildəsin saz kimi Hər tərəfə yayılsın avaz kimi Sən güləndə könül gülür yaz kimi Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım
Yasəmənlər açıb çiçəklənəndə Bənövşələr küsüb boynun əyəndə Şeh düşübən çəmənlər şehlənəndə Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım
Sən güləndə açır gül, yasəmənlər Heyran olur avazın eşidənlər Görən varmı, sənin kimi bəxtəvər Gülə-gülə, gülə-gülə, ay xanım Gülə-gülə, gülə-gülə al canım
|